Bakı, 11 avqust, AZƏRTAC
İspaniya La Liqası tarixində ilk dəfə La Liqa oyunu ABŞ-da keçirilə bilər.
AZƏRTAC “The Athletic” nəşrinə istinadən xəbər verir ki, ölkə çempionatının “Vilyarreal” – “Barselona” matçının Mayamidəki “Hard Rok” stadionunda təşkili ilə bağlı ilkin danışıqlar aparılıb.
Qərar müsbət olarsa, UEFA vasitəsilə FIFA-dan cədvəl dəyişikliyi icazəsi alınacaq. Bundan əlavə, ABŞ Futbol Federasiyası, UEFA və KONKAKAF-dan da icazə tələb olunacaq.
Görüşün dekabrın 20 və ya 21-də keçirilməsi planlaşdırılır. Lakin dekabrın 21-də həmin arenada Milli Futbol Liqasının (NFL) oyununun təşkili nəzərdə tutulduğu üçün La Liqa matçının tarixi dəyişdirilə bilər.