AZ

Növbəti köç karvanı Xanyurdu kəndinə çatıb - YENİLƏNİB

Xocalı rayonuna yola salınan növbəti köç karvanı Xanyurdu kəndinə çatıb.

Azreform.info -ın Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir ki, Xanyurdu kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə 19 ailə (62 nəfər) köçürülüb.

***

Avqustun 11-də Xocalı rayonunun Xanyurdu kəndinə növbəti köç yola salınıb.

Azreform.info -ın xəbərinə görə, bu mərhələdə 62 nəfərdən ibarət 19 ailə Xanyurdu kəndinə yola düşüb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır..

Seçilən
79
20
azreform.info

10Mənbələr