AZ

Taylanddan Kamboca əleyhinə MKS-də hərbi cinayət iddiası: sərhəddə minalar quraşdırılıb - ÖZƏL

Tayland Kambocanı piyada əleyhinə minalardan istifadə etməkdə ittiham edərək, Beynəlxalq Cinayət Məhkəməsinə (MKS) müraciət edəcək. Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Baş nazir Aparatının nümayəndəsi Cirayu Huangsap məlumat verib. Onun sözlərinə görə, iddia Kambocanın hərbi cinayətlər törətməsi ilə bağlı olacaq. 9 avqustda Taylandın Sisaket vilayətində, Çonq Don Ao-Krissana keçidində mina partlayışı nəticəsində üç taylandlı əsgər yaralanıb. Onlardan biri sol ayağından ağır xəsarət alıb. Hadisənin Kamboca hərbçilərinin yaxın zamanda yerləşdirdiyi minalardan qaynaqlandığı ehtimal olunur. Bu, son bir ayda baş verən üçüncü oxşar insidentdir. Huangsap bildirib ki, keçid daha əvvəl taylandlı qüvvələr tərəfindən minalardan təmizlənmişdi, buna görə də partlayıcıların yenidən quraşdırıldığına əmindirlər. O, baş verəni piyada əleyhinə minaların qadağan olunması üzrə Ottava Konvensiyasının açıq şəkildə pozulması adlandırıb. Qeyd olunur ki, insidentdən cəmi iki gün əvvəl Kamboca Taylandın sərhəd ərazilərin birgə minalardan təmizlənməsi təklifini rədd etmişdi. Hadisədən sonra Taylandın BMT-dəki nümayəndələri Cenevrədə və Nyu-Yorkda görüşlər keçirərək Ottava Konvensiyasının sədri və BMT Baş katibindən məsələ ilə bağlı tədbirlər görülməsini tələb ediblər.
Tayland Xarici İşlər Nazirliyi daha əvvəl də Kambocanı sərhəd bölgəsinə mina yerləşdirməkdə günahlandıraraq bunun beynəlxalq hüququn pozuntusu olduğunu bəyan etmiş və humanitar mina təmizləmə sahəsində əməkdaşlığa çağırmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
35
37
olaylar.az

10Mənbələr