AZ

Ukrayna ordusu Rusiyanın komanda məntəqəsini vurdu Briqada komandiri öldürüldü

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna ordusu Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiya Silahlı Qüvvələrinin 85-ci motoatıcı briqadasının komanda məntəqəsinə zərbələr endirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Teleqram kanalında məlumat yayılıb.

Xəbərdə bildirilir: “Ukrayna ordusu Rusiya silahlı qüvvələrinin komanda məntəqələrini məhv etməkdə davam edir. Növbəti hədəf Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisindəki Rusiya ordusunun 85-ci motoatıcı briqadasının komanda məntəqəsi olub. İlkin məlumatlara görə, yüksək dəqiqlikli silahlarla endirilən zərbələr nəticəsində “Dnepr” çağırış nişanlı briqada komandiri və 5 əməliyyat heyəti məhv edilib”.

Xəbərdə əməliyyatın nəticələri ilə bağlı daha ətraflı məlumat veriləcəyi bildirilir.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
43
icma.az

10Mənbələr