AZ

60 min nəfərə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

2025-2026-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul prosesinə 8 iyul tarixindən start verilib.

MÜTDA-dan Operativ Media-ya verilən məlumata görə, valideynlər məktəbəqəbul.edu.az platformasında daxil olaraq sorğularını yerləşdirə bilirlər.

Hazırda həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul sərbəst qaydada həyata keçirilir.

İndiyədək 60 min uşaq məktəbəhazırlıq qruplarına yazılıb.

Xatırladırıq ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan, yəni 2020-ci il təvəllüdlü uşaqlar üçün sorğu yerləşdirilə bilər. Proses sentyabrın 30-na qədər davam edəcək

Seçilən
76
14
operativmedia.az

10Mənbələr