AZ

Lənkəranda valideynlərin etirazına Təhsil İdarəsindən CAVAB - “Məcburi köçürülmə olmayacaq” – FOTO

Lənkəranda yerləşən 2 nömrəli məktəbin şagirdlərinin 10 nömrəli məktəbə köçürülməsi xəbəri valideynlərin narazılığına səbəb olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu qərara etiraz edən valideynlər Lənkəran-Astara Regional Təhsil İdarəsinin qarşısında toplaşaraq narazılıqlarını bildiriblər.
 

Valideynlər iddia edirlər ki, yeni tədris ilindən etibarən 2 nömrəli tam orta məktəbin yalnız ibtidai təhsil müəssisəsi kimi fəaliyyət göstərəcək, yuxarı sinif şagirdlərinin isə 10 nömrəli məktəbə yönləndiriləcək.


Onların sözlərinə görə, 10 nömrəli məktəb özü də qəzalı vəziyyətdədir, həm də məsafə baxımından daha uzaqdadır.

Bu səbəbdən onlar övladlarını həmin məktəbə göndərmək istəmirlər.

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Lənkəran şəhəri T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin şagirdlərinin məcburi olaraq digər təhsil müəssisəsinə köçürülməsi, pedaqoji heyətin ixtisar edilməsi və yayılmış buna bənzər neqativ xəbərlər əsassızdır və həqiqəti əks etdirmir:

“Təhsil müəssisələrində şagirdlərin təhlükəsizliyi, təhsilalanların hərtərəfli inkişafı, keyfiyyətli tədrisin təmin edilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirilir.
 

Bu istiqamətdə təhsil alan şagirdlər üçün uyğun təhsil infrastrukturu və öyrənmə mühitinin qurulması məqsədilə Lənkəran şəhərində yalnız ibtidai təhsil səviyyəsi üzrə fəaliyyət göstərən təhsil müəssisəsinin yaradılması planlaşdırılır.


Bu məqsədlə Lənkəran şəhərində yerləşən T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin layihəyə uyğunluğu barədə təhlillər aparılmış, pedaqoji heyəti və valideyn icması ilə görüşlər keçirilib, onları narahat edən suallara aydınlıq gətirilib.

Bu istiqamətdə qərarlar verilərkən təhsilalanların hüquq və mənafeləri, eyni zamanda qanunvericiliyin tələbləri əsas götürüləcək”.




Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
10
11
bizim.media

10Mənbələr