AZ

Ermənistan-ABŞ birgə hərbi təlimləri başladı

Bu gündən Ermənistan və ABŞ-ın "Eagle Partner-2025” adlı birgə hərbi təlimləri başlayıb.

Aktual.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimdə Ermənistan Silahlı Qüvvələrinin Sülhməramlı Briqadasının, ABŞ-ın Avropa və Afrikadakı Quru qoşunları və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edir.

Təlim tibbi təxliyə prosedurlarına diqqət yetirməklə sülhməramlı missiyalara hazırlıq və həyata keçirilməsinə yönəlib.

Ermənistanda keçirilən təlimlər avqustun 20-dək davam edəcək.

Qeyd edək ki, "Eagle Partner” təlimləri Ermənistanda 2023-cü ildən keçirilir.

Seçilən
109
50
ulusum.az

10Mənbələr