AZ

Bu il açıq ərazilərdə on mindən çox yanğın faktı qeydə alınıb

Respublikada cari ilin yanvar ayının 1-dən bugünədək açıq ərazilərdə on mindən çox yanğın faktı qeydə alınıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

"Açıq sahələrdə yanğın hadisələrinin qarşısının alınması məqsədilə FHN tərəfindən kütləvi maarifləndirmə işlərinə, çoxsaylı çağırışlara, görülən inzibati tədbirlərə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, sözügedən qrupa aid olan yanğın hadisələri bəzi vətəndaşların odla ehtiyatsızlıq, qəsdən yandırma, siqaret çəkilməsi zamanı ətrafdakı yanğın təhlükəsizliyi vəziyyətinin düzgün qiymətləndirilməməsi səbəbindən baş verib.

 

O cümlədən, ərazilərdə iməcilik adı altında tullantıların yandırılması, məişət tullantılarının yandırılması, hərəkət iştirakçıları tərəfindən avtomobildən siqaret kötüyünün söndürülməmiş halda ətrafa atılması, texniki cəhətdən nasaz avtomobillərlə açıq sahələrə daxil olunması səbəblərindən də yanğınlar baş verib.

Qeyd olunanları nəzərə alaraq, bir daha vətəndaşları yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırırıq!", - nazirlikdən bildirilib.

Seçilən
27
2
day.az

3Mənbələr