AZ

UEFA Çempionlar Liqası: "Şkendiya"nı darmadağın edən "Qarabağ" pley-off-a adladı

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya"ya (Şimali Makedoniya) qalib gələn "Qarabağ" növbəti pley-off-a adlayıb.

BAKU.WS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə bitib.

Görüşdə hesabı qonaqlar açıblar. 10-cu dəqiqədə Fabris Tamba adını tabloya yazdırıb. 5 dəqiqə sonra rəqibin heyətində Klisman Sake avtoqol müəllifi olmaqla hesaba tarazlıq gətirib. Daha sonra müvafiq olaraq fərqlənən Kadi Borges (18), Nəriman Axundzadə (33), Marko Yankoviç (35) və Leandro Andrade (59) "Qarabağ"ın qələbəsində pay sahibi olublar.

Qeyd edək ki, Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1 cavabsız qolla qalib gəlmişdi.

Beləliklə, iki görüşün nəticəsinə əsasən "Şkendiya"nı mübarizədən kənarlaşdıran "Qarabağ" adını pley-off mərhələsinə yazdırıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Liqa mərhələsinə gedən yolda "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.

Bununla da "Qarabağ" ən azı Avropa Liqasının Liqa mərhələsində iştirakını təmin edib.

***21:14

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununda altıncı qol vurulub.

BAKU.WS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi fərqi artırıb - 5:1

59-cu dəqiqədə Leandro Andrade diqqət mərkəzinə düşüb.

***20:33

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununda beşinci qol vurulub.

BAKU.WS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi hesab arasındakı fərqi bir qədər də artırıb - 4:1.

35-ci dəqiqədə Marko Yankoviç kobud oyuna görə təyin olunan penaltini qola çevirib.

***20:32

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununda dördüncü qol vurulub.

BAKU.WS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi hesab arasındakı fərqi artırıb - 3:1.

33-cü dəqiqədə Nəriman Axundzadə dəqiq zərbə müəllifi olub.

***20:17

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununda üçüncü qol vurulub.

BAKU.WS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi hesabda irəli çıxıb - 2:1.

18-ci dəqiqədə Kadi Borges adını tabloya yazdırıb.

***20:15

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununda ikinci qol vurulub.

BAKU.WS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi hesabı bərabərləşdirib - 1:1.

15-ci dəqiqədə qonaqların heyətində Klisman Sake avtoqol müəllifi olub.

***20:08

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununda ilk qol vurulub.

BAKU.WS xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda qonaqlar hesbaı açıblar.

10-cu dəqiqədə Fabris Tamba fərqlənib.

***20:00

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) matçı start götürüb.

BAKU.WS xəbər verir ki, cavab qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Görüşü niderlandlı referi Danni Makkeli idarə edir. Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1 cavabsız qolla qalib gəlib.

Seçilən
86
50
far.az

10Mənbələr