AZ

“Fənərbaxça” da pley-offda! - Video

Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə təmsilçisi “Fənərbaxça” doğma meydanda Niderlandın “Feyenoord” klubunu qəbul edib. 

İlk matçda rəqibinə 1:2 hesabı ilə uduzan meydan sahibləri məğlubiyyətin əvəzini çıxa bilib. 

Rotterdam təmsilçisinə 5:2 hesabı ilə qalib gələn “Fənərbaxça” adını pley-off mərhələsinə yazdırıb. 

İstanbul nəhəngi növbəti raundda “Benfika” ilə qarşılaşacaq.

Xatırladaq ki, təmsilçimiz “Qarabağ” da rəqibini darmadağın edərək pley-offa yüksəlib.

Seçilən
19
2
qafqazinfo.az

4Mənbələr