![]() |
Putin Hindistana gedəcək |
Xatırladaq ki, avqustun 1-də ABŞ Prezidenti Donald Trampın imzaladığı sərəncamla "qlobal ticarəti Vaşinqtonun xeyrinə yenidən formalaşdırmaq məqsədilə" onlarla ölkəyə yüksək tariflər irəli sürülüb. İxrac tarifləri çərçivəsində ən yüksək göstərici (50%) Braziliyanın "payına düşüb". Eyni zamanda, İsveçrədən gələn mallara 39%, Kanada üçün 35%, Tayvan və Türkiyə üçün 20%, İsrail üçün 15% gömrük rüsumu nəzərdə tutulub. Sərəncamda vurğulanmayan bütün digər ölkələr üçün gömrük rüsumu isə 10%-də qərarlaşıb. Donald Tramp Rusiya neftinin idxalına və yenidən satışına görəHindistana da 25% gömrük rüsumu irəli sürüb.
Digər tərəfdən, avqustun 7-də Hindistanın milli təhlükəsizlik müşaviri Acit Doval Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşdə söyləyib ki, Rusiya PrezidentiVladimir Putin bu ilin axırlarında Hindistana səfərə yollana bilər.
Firudin Həmidli
AzVision.az