AZ

Zəvvarları daşıyan avtobus qəzaya uğrayıb, 4 nəfər ölüb, 57 nəfər yaralanıb - İraqda

İraqda iranlı zəvvarları daşıyan avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var.

 

Hadisə bu gün Basra–Şalamçe yolunda, Ərbəin dini mərasiminə gedən zəvvarları daşıyan avtobusun iştirakı ilə baş verib.

 

Qəza nəticəsində 4 nəfər ölüb, 57 nəfər isə xəsarət alıb.

 

İlkin məlumata görə, avtobusun yolkənarı maneəyə çırpılması nəticəsində qəza baş verib.

 

APA

Tarix: 13 Avqust 2025, 20:07   
Seçilən
31
8
pravda.az

10Mənbələr