Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycanı təmsilçiləri pley-off mərhələsinə vəsiqə uğrunda yarışacaq.
Səfərdə “Levski”yə minimal hesabla uduzan “Sabah” Bakıda mərhələ adlamağa çalışacaq.
Qarşılaşma saat 20:00-da başlayacaq.
“Araz-Naxçıvan” isə Kiprdə “Omoniya”nın qonağı olacaq. Bakıda keçirilən ilk görüşdə rəqibinə 4 cavabsız qolla uduzan Naxçıvan təmsilçisini səfərdə də çətin oyun gözləyir.
Bu görüş isə Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
14 avqust
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunları
20:00 “Sabah” (Azərbaycan) – “Levski” (Bolqarıstan)
İlk oyun: 0:1
21:00 “Omoniya” (Kipr) – “Araz-Naxçıvan” (Azərbaycan)
İlk oyun: 4:0