AZ

Xocalıda mərmər zavodunda yanğın törədən şəxs tutulub

Xocalıda

Xocalı rayon Malıbəyli kəndində avqustun 11-də sökülmüş mərmər zavodunda yanğın hadisəsi törədən şəxs müəyyən olunaraq tutulub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Reyting.az-a bildirilib ki, araşdırmalarla yanğının 1998-ci il təvəllüdlü Ərşad Qasımovun həmin ərazidə qaynaq işləri aparan zaman ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

Ə. Qasımov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Seçilən
121
33
reyting.az

6Mənbələr