Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 990 hərbçisini itirib.
Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, bununla da müharibədə ölən Rusiya hərbçilərinin sayı 1 milyon 67 min 100 nəfərə çatıb.
Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 5 tank, 29 artilleriya sistemi və 3 zirehli döyüş maşınını məhv edib.
Daşqın HəsənovMissiya.Az