AZ

Azərbaycan və Özbəkistan arasında mobil cihazlar barədə məlumat mübadiləsinə dair saziş təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında surəti köçürülmüş, oğurlanmış, itirilmiş və cinayətkar fəaliyyətlə əlaqəli mobil cihazlar barədə məlumat mübadiləsinin təşkili haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Sənədə əsasən, 2025-ci il iyulun 2-də Bakıda imzalanmış saziş qüvvəyə mindikdən sonra onun müddəalarının icrasını Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi təmin edəcək.

Bundan əlavə, Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların tamamlandığı barədə Özbəkistan tərəfinə bildiriş göndərəcək.

Seçilən
14
3
teleqraf.com

4Mənbələr