Bu ilin yanvar-iyun aylarında nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 7 milyon 120,1 min ton, dəniz nəqliyyatı ilə 3 milyon 752,2 min ton və avtomobil nəqliyyatı ilə 5 milyon 307,7 min ton yük daşınıb.
Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata görə, Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 8 milyon 300,8 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 4 milyon 88,9 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 4 milyon 690,5 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 2 milyon 930,4 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 258,2 min ton təşkil edib.
Dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 45,8 faizini, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 42,3 faizini, dəniz nəqliyyatı ilə daşınmış yüklərin 95,1 faizini tranzit yüklər təşkil edib.