AZ

Paşinyan: İlham Əliyevlə münasibətləri dəyişmək istəyirik

Ermənistanın baş naziri Nikol Paşinyan Fox News-a müsahibə verib.

Musavat.com xəbər verir ki, o bildirib ki, bir gündə, hətta bir həftə, ay və ya ildə bütün vəziyyəti dəyişmək mümkün deyil.

“Lakin çox vacib və aydın bir fakt var, dünənki bəyanat da bunu göstərir: biz hər ikimiz – yəni Prezident İlham Əliyev və mən bu vəziyyəti dəyişmək istəyirik. Ölkələrimiz arasındakı münasibətlərin məzmununu dəyişmək niyyətindəyik”, – deyə Paşinyan vurğulayıb.

O əlavə edib ki, ilkin sülh sazişi ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətlərinin qurulmasını nəzərdə tutur: “Bu, orta və uzunmüddətli məqsəddir və biz onun reallaşmasına fokuslanacağıq”.

Seçilən
43
4
editor.az

5Mənbələr