AZ

Tramp: Putinlə görüş məhsuldar keçdi

Vaşinqton, 16 avqust, AZƏRTAC

Putinlə görüşümüz məhsuldar keçdi.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

O bildirib ki, razılaşdırılmış bəzi məqamlar var. “Onların əksəriyyəti, bir neçə böyük məsələdə razılamamışıq, amma bir qədər irəliləmişik. Beləliklə, razılaşma olana qədər heç bir razılaşma yoxdur. Bir azdan NATO-dakı həmkarlarımla danışacağam. Uyğun hesab etdiyim müxtəlif insanlara zəng edəcəyəm. Əlbəttə ki, Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib, bugünkü görüş barədə ona danışacağam”, - deyə Tramp qeyd edb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
77
44
azertag.az

10Mənbələr