AZ

Sabah yağış yağacaq

Bakı. Trend:

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Trend xəbərverir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.

Bildirilir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinindəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin 16-dan 17-nə keçən gecə və səhər bəzi yerlərdə arabir yağışyağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi gündüzcənub-şərq küləyi ilə əvəz olacaq.

Havanın temperaturu gecə +21 dərəcədən +24 dərəcəyədək, gündüz+27 dərəcədən +31 dərəcəyədək isti olacaq. Atmosfer təzyiqi 761 mmcivə sütunu, nisbi rütubət isə gecə 70-80%, gündüz 40-45% təşkiledəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı,şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysanolacağı, dolu düşəcəyi, axşama doğru tədricən kəsiləcəyi, gecə vəsəhər bəzi dağlıq ərazilərdə duman olacağı ehtimalı var. Mülayimşərq küləyi əsəcək.

Havanın temperaturu gecə +19 dərəcədən +23 dərəcəyədək, gündüz+28 dərəcədən +33 dərəcəyədək, dağlarda gecə +13 dərəcədən +18dərəcəyədək, gündüz +20 dərəcədən +25 dərəcəyədək isti olacaq.

Seçilən
16
49
az.trend.az

10Mənbələr