...Ukraynanın gələcəyi və Avropanın təhlükəsizliyi üçün oyun həlledici mərhələyə qədəm qoyub.
SİA-nın məlumatına görə, bu fikri Polşanın baş naziri Donald Tusk Alyaskada keçirilən Rusiya-Amerika sammitinin yekunlarını şərh edərkən deyib....Ukraynanın gələcəyi, Polşanın və bütün Avropanın təhlükəsizliyi üçün oyun həlledici mərhələyə qədəm qoydu,- deyən Tusk X-də yazıb və Rusiya prezidenti Vladimir Putinin bacarıqlı oyunçu olduğunu "bir daha sübut etdiyini" qeyd edib.
...Ona görə də bütün Qərbin birliyini qorumaq çox vacibdir, - Polşanın baş naziri əlavə edib.
Əli Babayev