AZ

Tramp Ukraynanın təhlükəsizliyini təmin etmək üçün NATO ya alternativ təklif edib

Xalqcebhesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ prezidenti Donald Tramp avropalı siyasətçilərlə söhbətində Ukraynaya NATO xaricində təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu ifadə edərək, Rusiyanın belə bir təşəbbüsə qarşı olmayacağını irəli sürüb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Agentliyin məlumatına görə, Tramp Rusiya prezidenti Vladimir Putinin bu variantı dəstəkləyə biləcəyini qeyd edib. İdeya Ukraynanın Şimali Atlantika Alyansından ayrı müdafiə mexanizminin yaradılmasını nəzərdə tutur.

"Tramp Avropa liderlərinə Ukraynanın NATO ilə əlaqəsi olmasa, ona təhlükəsizlik zəmanətinin verilməsinə töhfə verməyə hazır olduğunu deyib. Prezident təklif edib ki, [Vladimir] Putin buna qarşı olmayacaq", - nəşr yazır.

“The Wall Street Journal” da yazıb ki, Tramp Avropa liderlərinə Ukrayna üçün təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu deyib.

Məryəm Quliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
108
50
icma.az

10Mənbələr