AZ

Samir Abbasov: Onların zədələnməsi bizə problem yaratdı

ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Misli Premyer Liqasının I turu çərçivəsində səfərdə "Neftçi"nin qonağı olan "Şamaxı" 1:1 hesablı heç-heçə edib. Sport24.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb:

- Komandada yeni mövsümdə bəzi dəyişikliklər edilib. Ötən mövsüm demişdiz ki, komandanı mən yığmamışam. Amma deyəsən, bu dəfə iştirak etmisiz. Rza Cəfərov bu mövsümkü komandada yoxdur. Bəzi ekspertlər düşünür ki, ona qarşı haqsızlıq olub...Onun komandadan gedəcəyi də fikirlər var. Rzaya qarşı ədalətsizlik varsa, onun harasında dayanırsız?

- Rza zədəli idi. İki gün bundan qabaq zədə aldı. Sırf buna görə, bu gün heyətdə yox idi. Komandada yox idi.

- Birinci hissədə rəqibin hücumlarının qarşısında oyunçuların çaşqınlığı hiss edildi. İkinci hissədə isə rəqibin müdafiə xəttini yara bilmədiz. "Neftçi" ötən mövsümdə qaldığı yerdən davam edir. Yanılıram, yoxsa siz sürprizlər edəcəksiz?

- Hamı üçün mövsümün birinci oyunu idi. Çox dəyişiklik edən komanda üçün çox çətindir. Futbolçularımın göstərdiyi oyundan razıyam. Sona qədər qalib gəlmək istəyirdilər. İki təhlükəli epizod buraxdıq, ikisi də standart vəziyyət. Digər hücumları xatırlamıram ki, komandamız çaşqınlıq yaşasın. "Şamaxı" müdafiədə idi. Rəqibin oyun üslubu budur. Biz də nələrsə edirdik. Epizodlarımız var idi. Futbolçular yaxşı oyun göstərdilər. Yeni gələn oyunçuların çətinliyini anlamalıyıq. Zaman lazımdır. Qələbələr gələ-gələ daha yaxşı olacağıq. Bugünkü oyunda udmaq istəyi çox idi. Buna görə futbolçulara təşəkkür edirəm.

- Narazı qaldığınız məqam hansı idi?

- Olmadı. Mütəxəssislər, azarkeşlər oyunu təhlil edəndə, hansısa oyunçuların oyunun içində qopğdunu deyə bilərlər. Amma işimiz, borcumuz odur ki, bunları anlayaq. Komanda təzədir. Belə şeylər olacaq. Bir az üzüldüyüm an o oldu ki, tam başqa şey düşünürdük, başqa cür hazırlaşırdıq. Oyun formatında, oyunçular baxımından...Sağ və sol vingerlərin sıradan çıxması...Məşqdə zədələnməsi bizə problemlər yaratdı. Toplanış vaxtı bir cür hazırlaşırsan, 2-3 oyunçunun heyətdə olmaması planlarımızı pozdu.

- Kenan Piriçin qol buraxdığı epizodda mövqe seçiminə narazı qaldınız?

- Piriçə fikirləşirəm ki, oyundan sonra həmin vaxtı deyil ki, irad bildirəsən. Həftə, təhlillər var. Təcrübəlidir, yaxşı və pisi bilir.

- Bir neçə gün əvvəl demişdiz ki, hansı boşluqlar olduğunu desəm menecerlər təkliflər göndərəcək. Bugünkü oyundan sonra həmin təkliflər gələcək?

- Düşünmürəm. Sözdür, deyirik. Komandadan çox razı qaldım.

- Rza Cəfərovun gələcəyinə şübhələr yaradan səbəblər var. Kenan Piriç gəlib, kapitanlar arasında onun adı yoxdur...

- Keçən dəfə də demişdim, üç yaxşı qapıçımız var. "Neftçi" üçün yaxşıdır. Rəqabət möhkəmlənir. Kapitan məsələsi...Xatırlayırsızsa, dedim ki, bu komandaya ayaq basanda, nə qədər söz-söhbət var idi. Rzanı təyin etdim, bu söhbətlər sakitləşsin. Kapitan məsələsi bir kənara qoyulsun, Futbolumuz danışılsın istəyirdim. Rzanın müvəqqəti kapitan olduğunu demişdim. "Neftçi"nin kapitanı Emindir. Vitse-kapitanları da var. Kapitanların meydanda və meydandan kənar etdiyi işlərdən çox şey asılıdır. Seçdiyimiz insanlar var, bu söhbəti bağlamaq lazımdır. Rza digər futbolçular kimi bizim üçün dəyərlidir. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
43
sport24.az

10Mənbələr