AZ

Mingəçevirdə keçmiş məhkumlar arasındakı dava qanla bitdi

MİNGƏÇEVİR. 17 avqust. TELEQRAF

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə gecə saatlarında Mingəçevir şəhərinin N. Nərimanov küçəsindəki məhəllələrdən birində qeydə alınıb.

Belə ki, əvvəllər məhkum olunmuş 45 yaşlı Hafiz Hüseynov şəxsi münasibətlər zəminində məhkumluq həyatı yaşamış 55 yaşlı Rəhim Vəliyevlə mübahisə edib. Mübahisə zamanı Hüseynov ona bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teleqraf-a verilən məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Məlum olub ki, Hafiz Hüseynov 2010-cu ildə Yevlax rayonunda odlu silahdan istifadə etməklə adam öldürmə cinayətinə görə məhkum olunub. Onun xəsarət yetirdiyi Ağdam rayon sakini Rəhim Vəliyevlə əvvəllər dostluq münasibətləri olub və onlar vaxtaşırı içki məclislərində iştirak ediblər.

Seçilən
24
40
teleqraf.com

10Mənbələr