AZ

Fənərbağça Real Madrid ə oyunçu mübadiləsi təklif etdi Nə cavab aldı?

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Fənərbağça" heyətini "Real Madrid"in qapıçısı Andrey Luninlə gücləndirmək cəhdindən əl çəkmir.

Fanat.Az “Fanatik”ə istinadən xəbər verir ki, istanbullular növbəti dəfə ukraynalını şirnikləndirməyə çalışıb.

Mənbənin məlumatına görə, Türkiyə klubu Luninin qarşılığında Madrid nəhənginə 30 yaşlı xorvatiyalı qapıçısı Dominik Livakoviçi təklif edib. Lakin "Real" bu təklifi rədd edib. Hazırda Türkiyə klubu ukraynalının transferi üçün alternativ variantlar üzərində işləri davam etdirir.

Andrey Lunin 2024/25 mövsümündə "Real Madrid"in heyətində 14 oyun keçirib, onlardan 6-nı qol buraxmadan başa vurub, ümumilikdə qapısında 19 qol görüb.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
3
fanat.az

10Mənbələr