AZ

"Fənərbağça" "Real Madrid"ə oyunçu mübadiləsi təklif etdi — Nə cavab aldı?

"Fənərbağça" heyətini "Real Madrid"in qapıçısı Andrey Luninlə gücləndirmək cəhdindən əl çəkmir.

Demokrat.az “Fanatik”ə istinadən xəbər verir ki, istanbullular növbəti dəfə ukraynalını şirnikləndirməyə çalışıb.

Mənbənin məlumatına görə, Türkiyə klubu Luninin qarşılığında Madrid nəhənginə 30 yaşlı xorvatiyalı qapıçısı Dominik Livakoviçi təklif edib. Lakin "Real" bu təklifi rədd edib. Hazırda Türkiyə klubu ukraynalının transferi üçün alternativ variantlar üzərində işləri davam etdirir.

Seçilən
30
3
demokrat.az

10Mənbələr