Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında avqustun 18-də keçiriləcək görüşdə iştirak etmək niyyətində olduğunu bildirib.
Operativ Media-nın xəbərinə görə, o, bu barədə X sosial şəbəkəsində yazıb.
“Zelenskinin xahişi ilə bazar ertəsi onun ABŞ prezidenti və Avropa liderləri ilə görüşünə qatılacağam”, - deyə o bildirib.
AK rəhbəri həmçinin təsdiqləyib ki, avqustun 17-də axşam Brüsseldə Prezident Volodimir Zelenskini qəbul edəcək və birlikdə “Könüllülər Koalisiyası”nın videokonfransına qatılacaqlar.