AZ

ABŞ Donbasın Rusiyaya verilməsi ideyasını dəstəkləmir Rubio

ain.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

ABŞ dövlət katibi Marko Rubio ölkəsinin bütün Donbasın Rusiyaya verilməsi ideyasını dəstəkləmədiyini, lakin o, sülh razılaşmasının əldə olunması üçün Ukrayna və Rusiyanın güzəştə getməli olduğunu vurğulayıb. O, bu barədə NBS News telekanalında bildirib.

Onun fikrincə, razılaşmanın yeganə yolu hər tərəfin nəyisə əldə etməsi və hər tərəfin nə isə verməsidir. "Razılaşmanın yeganə yolu hər bir tərəfin nə isə əldə etməsi və hər tərəfin nə isə verməsi idi - və bu, çox çətin idi. Əgər asan olsaydı, 3,5 il çəkməzdi... Ona görə də Zelenski sabah gələcək", - ABŞ dövlət katibi qeyd edib.

Eyni zamanda, Rubio əmin edib ki, ABŞ gələcəkdə Ukrayna üçün təhlükəsizlik təminatları yaratmağa çalışır, ona görə də Rusiya Kiyevin bu tələbini başa düşməlidir.

Siyasətçi onu da vurğulayıb ki, ABŞ özünü Ukraynadakı münaqişənin tərəfi kimi tanımır: "Biz heç vaxt deməmişik ki, görüşdən sonra razılaşma olacaq, çünki orada ukraynalılar yoxdur. Bu, iki ölkə arasında müharibədir, bu, Amerika deyil...".

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin ABŞ üçün ən yaxşı nəticəsi müvəqqəti atəşkəs deyil, tam hüquqlu sülh müqaviləsi olacaq.

Rubiodan bütün Donetsk, Luqansk, Xerson, Zaporoje vilayətlərinin və Krımın Putinə verilməsi məsələsinin müzakirə olunub-olunmadığını soruşduqda o, belə cavab verib: “Ukraynalılar bundan imtina etməyə hazır deyillər və heç kim Ukraynanı təslim olmağa məcbur etmir... Sülh sazişi bağlansa, belə olmayacaq”.

Eyni zamanda, o, hesab edir ki, bu müharibəyə son qoymağın yeganə yolu Rusiyanın razılığına nail olmaqdır.

S.ELAY

XQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
50
xalqqazeti.az

10Mənbələr