AZ

Ukrayna PUA və raket hücumuna məruz qalıb, itkilər var

Rusiya ordusu avqustun 17-də Ukrayna ərazisini pilotsuz təyyarələr və raketlərdən atəşə tutub.

APA xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin öz “Telegram” kanalında məlumat verilib.

Gecə boyu PUA və raket hücumları nəticəsində təkcə Xarkovda həlak olanların sayı 11 nəfərə çatıb. Məlumata görə partlayışlar nəticəsində 10-dan çox hündürmərtəbəli yaşayış binası və 5 avtomobil zərərə görüb.

Bundan başqa Sumı, Dnepropetrovsk, Çerniqov vilayətləri, Odessa şəhəri PUA və raket hücumlarına məruz qalıb.

Odessada Azərbaycanın SOCAR yanacaqdoldurma məntəqəsinin vurulduğu bildirilir.

Seçilən
14
8
apa.az

10Mənbələr