AZ

Putin bu məsələlərlə bağlı razılaşıb: Ağ Ev Alyaska görüşünün müsbət nəticələrini AÇIQLADI

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof bildirib ki, Rusiya prezidenti Vladimir Putin sülh sazişinin bir hissəsi kimi "Ukraynaya təhlükəsizlik zəmanəti verməyə" razılaşıb.

Sitat.info xəbər verir ki, ABŞ və Rusiya arasında danışıqlara rəhbərlik edən Trampın xüsusi nümayəndəsi CNN telekanalına müsahibəsində Rusiya və Ukrayna arasında potensial sülh razılaşması ilə bağlı açıqlamalar verib.

Uitkof  bildirib ki, ABŞ və digər Avropa ölkələrinin Ukrayna təhlükəsizlik zəmanətlərini əhatə edən 5-ci maddəyə bənzər bir bənd təklif edə biləcəyi ilə bağlı razılığa gəlinib: "Putin NATO üzvlüyünün qırmızı bayraq olduğunu söylədi. Yəni, müzakirə etdiyimiz məsələ bunun etibarlı olduğunu fərz etməkdir. Düşünürük ki, ukraynalılar da bunu qəbul edəcəklər. Bu halda ABŞ-ın 5-ci maddəyə bənzər müdafiə təklif edə biləcəyi bu güzəşti əldə edə bildik".

\rampın xüsusi nümayəndəsi hesab edir ki, belə bir müddəanın sülh müqaviləsinə daxil edilməsinə rusların ilk dəfə razılaşır: "Bu sülh sazişi yolunda çox əhəmiyyətli bir nailiyyətdir. 

Qeyd edək ki, Alyaska sammitindən sonra Tramp atəşkəs məsələsindən sülh sazişinə keçdi.

Ağ Ev Tramp və Putini bir araya gətirən Alyaska Sammitinin çox yaxşı keçdiyini vurğulayaraq, danışıqlardan sonra prezident Trampın atəşkəs əvəzinə birbaşa sülh razılaşmasına doğru irəlilədiyini bildirib.

 Bu arada Uitkof bildirib ki, Alyaska sammitində Tramp və Putin arasında danışıqlar zamanı Putin Ukrayna ilə torpaq mübadiləsi məsələsində müəyyən güzəştlərə getməyə hazır olduğunu ifadə edib. 

Putinin çoxdan hədəf aldığı beş bölgədən bəzilərinin inzibati sərhədləri əvəzinə indiki cəbhə xətlərini qəbul edə bilər: "Ruslar bütün beş bölgə ilə bağlı danışıqlar masası arxasında bəzi güzəştlərə getdilər və biz bu məsələni Ukrayna prezidenti Zelenski ilə müzakirə edəcəyik. Ümid edirəm ki, bu görüşdə müəyyən qərarlar əldə edə bilərik".

Aytac,

Sitat.info

 

Seçilən
45
50
sitat.info

10Mənbələr