Tanınmış meyxanaçı Rövşən Binəqədilinin səhhətində problem yaranıb.
Bnu barədə Far.Az-ə onun meneceri Məmməd Məhərrəmov bildirib.
Onun sözlərinə görə meyxanaçı artıq iki həftədir ki, Əjdər Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasında müalicə alır.
"Rövşən Binəqədilinin səhhətində problem yaranıb. O astmadan əziyyət çəkir. Ağ ciyərində də problem yaranıb. Artıq iki həftədir ki, Əjdər Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasında müalicə alır. Həkimlər səhhətində irəliləyiş olub-olmadığı ilə bağlı nəsə demirlər. Rövşən bu gün başqa bir xəstəxanaya köçürüləcək".
Qalereya
Zöhrə Pənah