ain.az, 525.az portalına istinadən məlumat yayır.
ABŞ-nin paytaxtı Vaşinqtonda 1 gecədə 68 nəfər həbs edilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Pem Bondi bildirib.
Əməliyyat federal və yerli hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılıb. Saxlanılanlardan 15 ədəd müxtəlif kalibrli silah və xeyli narkotik maddə götürülüb.
Qeyd edək ki, həbs olunanlara ayrı-ayrılıqda müxtəlif maddələrlə ittiham irəli sürülüb. Onların arasında adam öldürmək və narkotik maddələrin qanunsuz ticarəti çoxluq təşkil edir.
L.Tağıyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.