AZ

Abdullah Əl-Vaşmi: Səudiyyə Ərəbistanı Azərbaycan universitetlərinin ərəb dilinin inkişafındakı səylərini yüksək qiymətləndirir

Səudiyyə Ərəbistanı ərəb dilinin inkişafında Azərbaycanın təhsil müəssisələrinin göstərdiyi səyləri yüksək qiymətləndirir.

“Report”un müxbiri xəbər verir ki, bunu Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının baş direktoru, professor Abdullah Əl-Vaşmi Bakıda keçirilən "Ərəb dili ayı"nın açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, akademiya 60-dan çox ölkədə fəaliyyət göstərir və 8-dən artıq təşkilatla əməkdaşlıq edir.

"Bu gün biz Azərbaycanda ərəb dili və mədəniyyəti ilə maraqlanan hər kəsi akademiyanın saytını ziyarət etməyə və burada tələbələrə, tədqiqatçılara və ekspertlərə təklif edilən proqramlardan yararlanmağa dəvət edirik", - baş direktor əlavə edib.

Seçilən
41
3
report.az

10Mənbələr