AZ

Göygöldə 4-cü Milli Yaylaq Festivalı çərçivəsində “KOB FEST” sərgi-satış yarmarkası keçirilib

Finss.az -15-17 avqust tarixlərində Göygöl rayonunun Xan Yaylağında keçirilən 4-cü Milli Yaylaq Festivalı çərçivəsində “KOB FEST” sərgi-satış yarmarkası təşkil olunub.

Yarmarka Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həyata keçirilib.

Sərgi-satış yarmarkasında 100-dən çox mikro və kiçik sahibkar 800-dən çox çeşiddə məhsul və xidmətlərini təqdim edib. Tədbirdə şəbəkə sənəti, rəssamlıq, xalçaçılıq, taxta oyma, suvenirlər, milli musiqi alətləri və digər əl işləri nümayiş olunub.

KOB FEST” sərgi-satış yarmarkasının əsas məqsədi mikro və kiçik sahibkarların məhsullarını tanıtmaq, satışını təşviq etmək və istehsalçılar ilə təchizatçılar arasında əlaqələri gücləndirməkdir.

Bundan əlavə, sərgi çərçivəsində mədəni-əyləncəli proqramlar da təşkil olunub. Bölgə sakinləri və turistlər tərəfindən böyük maraqla qarşılanan yarmarka həm mədəni, həm də ticarət baxımından zəngin təcrübə təqdim edib.

Əlavə bax: İxracatçılar üçün mənşə sertifikatları tam elektron qaydada “e-keyfiyyet.gov.az” vasitəsilə təqdim ediləcək

Seçilən
264
24
fins.az

10Mənbələr