"Turan Tovuz" yeni transfer həyata keçirib.
QOL.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.
Son olaraq İspaniya La Liqasında “Valyadolid”in şərəfini qoruyan sol cinah müdafiəçisi Enrike Silva ilə 2 illik müqavilə imzalanıb.
Yetirməsi olduğu “Vasko da Qama”nın heyətində 185 oyuna çıxan 31 yaşlı braziliyalı futbolçu 3 mövsüm Fransa Liqa 1 təmsilçisi “Olimpik” (Lion) klubunun formasını geyinib. Tam adı Enrike Silva Milaqres olan 31 yaşlı futbolçu Braziliyanın U-20 milli komandansının üzvü olub.
Qeyd edək ki, o, "Turan Tovuz"a azad agent kimi keçib. Silva ötən mövsüm 5 oyunda meydana çıxıb (ümumən 354 dəqiqə).