RU

Ötən mövsümü La Liqa klubunda keçirmişdi - "Turan Tovuz"a gətirildi

style='margin-bottom:10px;'>

"Turan Tovuz" yeni transfer həyata keçirib.

QOL.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

Son olaraq İspaniya La Liqasında “Valyadolid”in şərəfini qoruyan sol cinah müdafiəçisi Enrike Silva  ilə 2 illik müqavilə imzalanıb. 

Yetirməsi olduğu “Vasko da Qama”nın heyətində 185 oyuna çıxan 31 yaşlı braziliyalı futbolçu 3 mövsüm Fransa Liqa 1 təmsilçisi “Olimpik” (Lion) klubunun formasını geyinib.  Tam adı Enrike Silva Milaqres olan 31 yaşlı futbolçu Braziliyanın U-20 milli komandansının üzvü olub.

Qeyd edək ki, o, "Turan Tovuz"a azad agent kimi keçib. Silva ötən mövsüm 5 oyunda meydana çıxıb (ümumən 354 dəqiqə).

Избранный
16
50
teleqraf.com

10Источники