Bakı. Trend:
Ermənistan səfəri çərçivəsində İran və Ermənistan araısndadanışıqlardan birinin mövzusu Şimal-Cənub Beynəlxalq NəqliyyatDəhlizi haqda olacaq.
Trend-inməlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün (18avqust) Ermənistana səfər etməzdən öncə Tehranda verdiyi açıqlamadadeyib.
Onun sözlərinə görə, bu dəhliz iki ölkənin əməkdaşlığınıninkişaf etməsi üçün yeni imkanlar yarada bilər.
Pezeşkian deyib ki, həmçinin, Şərq-Qərb marşrutu regionalticarətin sadələşməsi və inkişafı istiqamətində uyğun infrastrukturola bilər.
İran prezidenti qeyd edib ki, İranın nigaranlığından biri ABŞşirkətlərinin regiondakı iştirakıdır. Öncəki təcrübələr göstərirki, bu şirkətlərdən bəzisi ticarət fəaliyyətləri adı altındagözlənilməz və xoşagəlməz addımlar atıblar. Elə buna görə,nigaranlıqlar və əlaqədar problemlərlə əlaqədar ciddi danışıqlaraparılacaq.
Əlavə edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran vəHindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında"Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə birsıra ölkələr sözügedən Sazişi ratifikasiya edib. (AzərbaycanRespublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası,Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası,Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası,Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizinyaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali vəQərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır(hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır,"Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir).
Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmiryolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu iltarixində Qəzvin – Rəşt (175 km) dəmiryolu istifadəyə verilib. İranərazisində Rəşt – Astara dəmir yolu tikilməlidir.
Şimal-Cənub Dəhlizinin İran ərazisində 3 istiqaməti var. Şərqistiqaməti Türkmənistan və Orta Asiya ölkələri, Orta istiqamətiXəzər dənizi vasitəsi ilə Rusiya və sairə ölkələr, Qərb istiqamətiAzərbaycan, Gürcüstan, Rusiya və Şərqi Avropa ölkələri.