AZ

BDU-da Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən Kral Salmanadına Beynəlxalq Ərəb Dili Akademiyasının təşəbbüsü ilə avqust ayıAzərbaycanda “Ərəb dili ayı” elan olunub.

Trendxəbər verir ki, Bakı Dövlət Universitetində (BDU) “Ərəb diliayı”nın rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, alitəhsil müəssisələrinin rəhbərləri, Səudiyyə Ərəbistanı Krallığınınvə digər ərəb ölkələrinin Azərbaycandakı səfirləri, beynəlxalqtəşkilatların nümayəndələri, professor-müəllim heyəti və tələbələriştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikası və Səudiyyə ƏrəbistanıKrallığının Dövlət himnləri səsləndirilib.
Bakı Avrasiya Universitetinin Ərəbşünaslıq Mərkəzinin direktoru,dosent Ülviyyə Hüseynova “Ərəb dili ayı”nın məqsədi, əhəmiyyəti vətədbirin proqramı barədə məlumat verib.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxışında ərəbdilinin dünyanın ən qədim və zəngin dillərindən biri olduğunu,əsrlər boyu Şərq və Qərb arasında elmin, ədəbiyyatın vəmədəniyyətin körpüsü kimi bəşər sivilizasiyasının inkişafında mühümrol oynadığını bildirib. O qeyd edib ki, Azərbaycan xalqının ərəbdili ilə əlaqəsi qədim tarixə dayanır. İslam dünyası ilə mədəni,dini və elmi münasibətlərimizin əsas sütunlarından biri məhz ərəbdilidir.

Əsrlər boyu Azərbaycan alimləri bu dil vasitəsilə böyük İslammədəniyyətinə qoşulub, öz elmi irsini ərəb dünyasına təqdimediblər. Bu missiyanın ən böyük daşıyıcılarından biri BDU və onunŞərqşünaslıq fakültəsidir. Professorlar Ələsgər Məmmədov, RəhimSultanov, Həsən Mahmudov, Mübariz Əlizadə, Aida İmanquliyeva,akademik Vasim Məmmədəliyev və bir çox başqa görkəmli şəxsiyyətlərərəb dili və ərəb ədəbiyyatının Azərbaycanda öyrənilməsi vətədrisinin əsas sütunlarını yaradıblar. Bu ənənəni bu gün də davametdirən müasir alimlərimiz var. Onların elmi fəaliyyəti nəticəsindəAzərbaycan şərqşünaslığı dünya elminin ayrılmaz hissəsinəçevrilib:

“Azərbaycan ərəbşünaslıq məktəbinin formalaşmasında böyük roluolan alimlərin zəngin elmi irsi bu gün də gənc tədqiqatçılar üçünörnəkdir. BDU-nun Ərəb filologiyası kafedrası Şərqşünaslıqfakültəsinin əsas tədris və elmi-tədqiqat mərkəzlərindən biridir.Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyası ilə mümkünəməkdaşlıq layihələri Universitetin tədris və tədqiqat imkanlarınıdaha da zənginləşdirə və gənclərimiz üçün yeni perspektivlər açabilər.

Son illərdə Bakı Dövlət Universiteti ərəb dünyasının bir sıraölkələri ilə əməkdaşlıq əlaqələrini gücləndirib. Bir sıra ərəbölkələrinin ölkəmizdəki səfirləri ilə görüşlər keçirilib, yenilayihələr müzakirə olunub. BDU-da ərəb dilinin tədrisini inkişafetdirmək və ərəb dünyası ilə əlaqələri gücləndirmək üçün ardıcıladdımlar atılır. Əminik ki, bu fəaliyyət gənclərimizin elmi vəpeşəkar inkişafına, ölkələrimiz arasında qarşılıqlı dostluq vəəməkdaşlıq körpüsünün daha da möhkəmlənməsinə xidmət edəcək”.

Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının başdirektoru Abdullah bin Saleh əl-Vaşmi Azərbaycan ilə ərəb dünyasıarasındakı dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyətinivurğulayıb.

Qeyd edib ki, Bakı Dövlət Universitetində “Ərəb dili ayı”nınkeçirilməsi yalnız elmi-mədəni hadisə deyil, həm də ölkələrarasında strateji tərəfdaşlığın dərinləşməsi üçün yeni imkanlaraçır.

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakıfövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteylibildirib ki, ərəb dili bütün dövrlərdə bəşəriyyətin ən qədim vəmühüm dillərindən biri sayılıb.

Ərəb dili 1973-cü ildən BMT Baş Assambleyasının rəsmidillərindən biridir. Kral Salman adına Beynəlxalq Ərəb DiliAkademiyası ərəb dilinin qorunması, inkişafı istiqamətində mühümişlər görməkdədir. Kral Salman Beynəlxalq Ərəb Dili Akademiyasınıntəşkil, Bakı Dövlət Universiteti ilə Bakı Avrasiya Universitetininev sahibliyi etdiyi “Ərəb dili ayı” Səudiyyə Ərəbistanının ərəbdilinə göstərdiyi diqqətin, onun müxtəlif xalqlara tanıdılmasınınaçıq göstəricisidir. Orta əsrlərdə Azərbaycan alimləri, ədibləri vəşairləri ərəb dilində dəyərli əsərlər yazaraq İslam mədəniyyətininzənginləşməsinə böyük töhfə veriblər:

“Sevindirici haldır ki, bu gün də Azərbaycanda ərəb dilinə böyükmaraq var. Hazırda ölkədə 10 ümumtəhsil məktəbində və 6 nüfuzluuniversitetdə ərəb dili tədris olunur. Biz inanırıq ki, ərəb dilimədəniyyətlər və xalqlar arasında körpü rolunu davam etdirəcək,ölkələrimiz və xalqlarımız arasında yaxınlaşmanıgücləndirəcək”.

Bakı Avrasiya Universitetinin rektoru Səyavuş QasımovAzərbaycanda “Ərəb dili ayı”nın keçirilməsinin dil vəmədəniyyətlərarası əlaqələrin inkişafına xidmət edən, təhsil vəelmi əməkdaşlıq üçün yeni imkanlar açan əlamətdar bir hadisəolduğunu deyib. O bildirib ki, belə bir ayın təşkili ərəb dilininrespublikamızda yayılmasına, öyrənilməsinə və əsrlərlə formalaşmışmədəni irsimizin qorunmasına dəstəkdir:

“Ərəb dilinin öyrənilməsi və tədrisi həm tarixi-mədəni irsimizinqorunması, həm də beynəlxalq əməkdaşlığın inkişafı baxımından mühüməhəmiyyət daşıyır. Bu istiqamətdə atılan addımların gələcəkdə dahada genişlənəcəyinə və yeni əməkdaşlıq imkanları yaradacağınainanırıq”.

Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyası haqqındatanıtım videosunun təqdimatı, Akademiyanın Əbcəd mərkəzində təhsilalan azərbaycanlı məzunların çıxışları olub.
Mərasimdə “Ərəb dili ayı”nın ilk iki həftəsində keçirilən ərəb diliüzrə şeir, qiraət və inşa müsabiqələrinin qaliblərimükafatlandırılıb.

Daha sonra “Ərəb dilinə dair 100 sual” kitabının təqdimatı vəAzərbaycanda ərəb dilinin vəziyyəti ilə bağlı hesabat dinlənilib.Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyası haqqında tanıtımguşəsinə baxış keçirilib.

Mərasimin sonunda BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzininhazırladığı bədii proqram nümayiş olunub.

BDU-da
BDU-da
BDU-da
BDU-da
BDU-da
BDU-da
BDU-da
BDU-da
BDU-da
BDU-da
BDU-da
BDU-da
BDU-da
BDU-da
BDU-da
BDU-da
BDU-da
BDU-da
BDU-da
BDU-da
BDU-da
BDU-da
BDU-da
BDU-da
Məqalədə:
Seçilən
40
7
az.trend.az

10Mənbələr