AZ

Əcnəbi turistlərə tarixi yerlərimiz haqda məlumat verilir?

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Xəbər verdiyimiz kimi, avqustun 17-də üç əcnəbi şəxs Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşıblar.

Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər üç şəxs saxlanılaraq istintaqa cəlb edilib.

Hər üç şəxsin Səudiyyə Ərəbistanının vətəndaşları olduğu bildirilir.

Maraqlıdır, ölkəmizə gələn turistlərə qabaqcadan Şəhidlər xiyabanı da daxil olmaqla, tarixi yer və abidlər barədə məlumatlar verilir?

Modern.az bununla bağlı Dövlət Turizm Agentliyinə müraciət edib.

Saytımızın sorğusuna Agentliyin mətbuat katibi Gülnar Mustafayeva cavab verib.

"Dövlət Turizm Agentliyi tərəfindən mütəmadi olaraq maarifləndirici təlim və görüşlərdə turizm şirkətləri və turizm bələdçilərinə ölkəyə gələn xarici vətəndaşlarına turistik məlumatlarla yanaşı, ölkə haqqında vacib məqamlar, o cümlədən milli-mənəvi dəyərlər, yerli qanunvericilik və ictimai davranış qaydalarına hörmətlə yanaşılmalı məqamlar haqqında da ətraflı informasiya vermək tövsiyə olunur",-o deyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
31
modern.az

10Mənbələr