AZ

Dövlət Agentliyi: Tələbələrin çoxu attestatla asan qəbul meyarına üstünlük verir

BAKI, 18 avqust. TELEQRAF

23 iyunda keçirilən imtahanda Türkiyədən əldə olunan kvalifikasiya sahiblərinin 11 (ümumi müraciətçilərin təxminən 40%-i) nəfəri uğursuz nəticə əldə edib.

Teleqraf xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyətin Təminatı Agentliyi (TKTA) məlumat yayıb.

Bildirilib ki, aparılan təhlil göstərir ki, 2019–2024-cü illər üzrə Türkiyənin ali təhsil müəssisələrindən (ATM) əldə olunmuş kvalifikasiyaların tanınması üçün edilən müraciətlərin sayında əhəmiyyətli artım müşahidə olunsa da, ümumi 5327 müraciətdən yalnız 19.71%-i beynəlxalq reytinqlərdə ilk 1000-likdə yer alan universitetlərə aiddir.

"Bu da onu göstərir ki, kvalifikasiya sahiblərinin böyük əksəriyyəti tədris keyfiyyətinin yüksək olmasına deyil, yalnız attestatla asan qəbul meyarına üstünlük verərək universitetlərin beynəlxalq reytinqlərində ilk 1000-likdə yer almayan ATM-lərdə təhsil almaq qərarına gəlirlər. Təəssüflə qeyd edirik ki, aşağı keyfiyyətli universitet məzunlarının əmək bazarına daxil olması rəqabətliliyi zəiflətməklə bərabər, ixtisaslı kadrların sayına da mənfi təsirini göstərir.

TKTA olaraq qardaş ölkənin universitetlərinə qəbul olmaq istəyən vətəndaşlarımıza yuxarıda qeyd edilən imtina səbəbləri ilə tanış olmağı həmçinin seçim etdikləri ATM-lərin keyfiyyət göstəricilərinə diqqət yetirmələrini tövsiyə edirik", - məlumatda qeyd edilib.

Seçilən
21
20
teleqraf.com

10Mənbələr