
Çinin Taylandla ikitərəfli ticarət və əməliyyatlarda yerli valyutaların istifadəsi üçün valyuta svop müqaviləsini yenilədiyi bildirilir.
Çin Xalq Bankından (PBoC) verilən açıqlamaya görə, sazişi PBoC-nin rəhbəri Pan Qonqşinq və Tayland Mərkəzi Bankının rəhbəri Sethaput Suthiwartnarueput imzalayıb.
Beş illik müqaviləyə əsasən, 70 milyard Çin yuanı (təxminən 9,81 milyard dollar) 370 milyon Tayland bahtı ilə dəyişdiriləcək.
Qarşılıqlı razılıq əsasında uzadılma imkanı olan saziş Çin və Tayland arasında pul və maliyyə əməkdaşlığını gücləndirmək, ikitərəfli ticarət və investisiyaları asanlaşdırmaq və maliyyə bazarlarının sabitliyinə töhfə vermək məqsədi daşıyır.
İlk dəfə 2014-cü ildə imzalanan müqavilə 2018-ci ildə üç il, 2021-ci ildə isə beş il müddətinə uzadılıb.