23-24 avqust Bakıda keçiriləcək Dünya Qadın Seriyasının Səbail mərhələsində qadınlardan ibarət 3x3 yığmamızın rəqibləri bəllidir.  

Offsideplus.az xəbər verir ki, qızlarımız B qrupunda Çexiya və Filippin yığmalarına qarşı mübarizə aparacaq. Qrupda ilk oyunumuz 23 avqust saat 18:30-da Çexiyaya, ikinci oyunumuz isə saat 20:10-da Filippinə qarşı olacaq.

Qeyd edək ki, qrupda ilk iki yeri tutmuş komandalar 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar.