AZ

"Qarabağ"ın kapitanı: "Ümid edirəm ki, Bakıya sərfəli nəticə ilə qayıdacağıq"

"Qarabağ"ın kapitanı Abdullah Zubir UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"a (Macarıstan) qarşı keçirəcəkləri səfər matçından sərfəli nəticə ilə qayıdacaqlarına ümid edir.

"Report"un məlumatına görə, yarımmüdafiəçi bunu oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, rəqibə qarşı ciddi hazırlaşdıqlarını söyləyib:

"Rəqibə qarşı oynamışam. Çox əzmkar və iddialı komandadır. Artıq bu rəqibi tanıyırıq. "Ferentsvaroş"la oyuna ciddi hazırlaşmışıq. Ümid edirəm ki, Bakıya sərfəli nəticə ilə qayıdacağıq".

Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" oyunu avqustun 19-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də başlayacaq.

Seçilən
11
50
report.az

10Mənbələr