AZ

Ağ Ev: Tramp, Zelenski və Avropa liderləri arasında keçirilən görüş başa çatıb - YENİLƏNİB-1

ABŞ Prezidenti Donald Tramp, Ukrayna lideri Volodimir Zelenski və Avropa liderləri arasında Ağ Evdə baş tutan görüş başa çatıb.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

***
01:55

ABŞ Prezidenti Donald Tramp, Ukrayna lideri Volodimir Zelenski və Avropa liderləri arasında Ağ Evdə baş tutan danışıqlar bərpa edilib.

APA Ukraynanın "Suspilne. Novini" saytına istinadən xəbər verir ki, bu barədə Zelenskinin nümayəndəsi Sergey Nikiforov məlumat yayıb.

Nikiforov əlavə təfərrüatlar açıqlamayıb və yalnız görüşdə nümayəndə heyətlərinin iştirak etdiyini qeyd edib.

Görüş jurnalistlərin iştirakı olmadan keçirilir.

***
01:08

ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderlərinin iştirakı ilə keçirilən danışıqlar başa çatıb.

APA xəbər verir ki, bu barədə "BBC" Ukrayna nümayəndə heyətindəki mənbəsinə istinadən məlumat yayıb.

Seçilən
106
50
apa.az

10Mənbələr