Bakı. Trend:
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsininoyunlarına start veriləcək.
Trend xəbərverir ki, Azərbaycan çempionu “Qarabağ” da meydana çıxacaq.
Ağdam klubu səfərdə Macarıstan çempionu “Ferensvaroş”un qonağıolacaq. Qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək.
Görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-dəBakıda olacaq.
UEFA Çempionlar Liqası
Pley-off, ilk oyun
19 avqust
23:00. “Ferensvaroş” (Macarıstan) -“Qarabağ” (Azərbaycan)
Hakimlər: Juan Pedru da Silva Pineyro, Brunu Migel Alveş Jezuş,Lusiano Antonio Qomeş Maya, Klaudiu Filipe Ruivo Pereyra(Portuqaliya)
Budapeşt, “Groupama Arena”.