AZ

Lavrov: Tramp Rusiyaya dəvət edilib

ABŞ prezidenti Donald Trampı Rusiyaya səfərə dəvət edilib.

Yenisabah.az "Rossiya 24"yə istinadla xəbər verir ki, xarici işlər naziri Sergey Lavrov Putinin Alyaskada keçirdiyi mətbuat konfransında bu dəvəti təsdiqlədiyini xatırladıb.

"Prezident Tramp, səhv xatırlamıramsa, bunun çox maraqlı dəvət olduğunu söylədi", - Lavrov deyib. pizza

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp avqustun 15-də Alyaskanın Ankoric şəhərindəki Elmendorf-Riçardson hərbi bazasında danışıqlar aparıblar.

Danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında Putin Amerika liderini Moskvaya dəvət edib və Tramp bu təklifə belə cavab verib: "Bu, maraqlı təklifdir. Bilmirəm. Amma bunun necə baş verə biləcəyini təsəvvür edə bilərəm".


Telegram kanalımız
Seçilən
91
4
yenisabah.az

6Mənbələr