AZ

BCM: ABŞ-nin sanksiya qərarı qaydalara əsaslanan beynəlxalq nizama qarşı təhqirdir

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ABŞ-nin qurumun hakimlərinə qarşı sanksiya tətbiq etməsini pisləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BCM-in yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, ABŞ-nin sözügedən addımı 125 dövlət tərəfindən verilən mandat altında fəaliyyət göstərən qərəzsiz məhkəmə qurumunun müstəqilliyinə qarşı açıq hücumdur.

"Bu, qaydalara əsaslanan beynəlxalq nizama və hər şeydən əvvəl, dünyanın hər yerindəki milyonlarla günahsız qurbana qarşı təhqirdir", - deyə bəyanatda vurğulanıb.

Bildirilib ki, BCM öz mandatını hər hansı məhdudiyyət, təzyiq və ya təhdidə baxmayaraq, qətiyyətlə yerinə yetirməyə davam edəcək.

Məhkəmə bəşəriyyət və hüququn aliliyi dəyərlərini bölüşən hər kəsi ona və onun beynəlxalq cinayətlərin qurbanlarının yalnız maraqları naminə həyata keçirilən işinə möhkəm və ardıcıl dəstək verməyə çağırıb.

Xatırladaq ki, ABŞ Dövlət katibi Marko Rubio BCM-in bir sıra hakimlərinə sanksiya tətbiq edildiyini açıqlayıb.

Seçilən
103
50
bakivaxti.az

10Mənbələr