AZ

18 milyon avroya hücumçu transfer etdi, 5 illik müqavilə bağladı

“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi “Zalsburq”un sağ cinah hücumçusu Dorjeles Nene ilə müqavilə bağlayıb.

22 yaşlı malili futbolçu ilə 2030-cu ilə qədər müqavilə imzalanıb. “Sarı-lacivərd”lilər bu transfer üçün bonuslar da daxil 18 milyon avro ödəyəcək.

“Fənərbaxça” bu il Con Duran, Milan Şkrinyar, Arçi Braun və Nelson Semedo kimi önəmli transferlərə imza atıb.

Seçilən
72
1
sportinfo.az

10Mənbələr