Niderland ABŞ tərəfindən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) rəsmilərinə qarşı sanksiyaların təbiq edilməsinə münasibət bildirib.
"Report" xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri Kaspar Veldkamp "X" sosial şəbəkəsində yazıb.
O bildirib ki, müstəqil beynəlxalq məhkəmələr və tribunallar öz işlərini maneəsiz həyata keçirə bilməlidir və ABŞ-nin sözügedən qərarı qəbuledilməzdir:
"Tərəf dövlətlərdən biri və ev sahibi ölkə olaraq, məhkəmənin mümkün qədər maneəsiz fəaliyyət göstərə bilməsini təmin etməyə tam sadiqik".