RU

Niderland BCM rəsmilərinə qarşı sanksiya tətbiq olunmasını qəbuledilməz adlandırıb

Niderland ABŞ tərəfindən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) rəsmilərinə qarşı sanksiyaların təbiq edilməsinə münasibət bildirib.

"Report" xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri Kaspar Veldkamp "X" sosial şəbəkəsində yazıb.

O bildirib ki, müstəqil beynəlxalq məhkəmələr və tribunallar öz işlərini maneəsiz həyata keçirə bilməlidir və ABŞ-nin sözügedən qərarı qəbuledilməzdir:

"Tərəf dövlətlərdən biri və ev sahibi ölkə olaraq, məhkəmənin mümkün qədər maneəsiz fəaliyyət göstərə bilməsini təmin etməyə tam sadiqik".

Избранный
100
50
report.az

10Источники